Vaxtınıza və pulunuza qənaət edən həllərimiz!
~ tanış olun ERPGo
15 ildən artıq təcrübəyə malik komandamız ERPGo həllini sizin biznesinizin real ehtiyaclarına uyğunlaşdırır — sadə, sürətli və tam fərdi yanaşma ilə. Texniki bilik və sahə təcrübəmizi birləşdirərək əməliyyatlarınızı yüngülləşdirir, inkişafınıza dayaq oluruq. Quraşdırmadan sonrakı dəstəyə qədər hər addımda yanınızdayıq.
Biz "ƏN yaxşı" olduğumuzu sübut etməyə çalışmırıq. Sadəcə, sizə ən doğru və ən səmərəli həlli təqdim edirik. Fərqimiz də elə budur!
Axtardığınız hər şey burada
ödənişsiz
Konsultasiya
Mütəxəssislərimiz əvvəlcə biznes ehtiyaclarınızı və mövcud iş axınlarınızı təhlil edərək onları avtomatlaşdırmağın ən effektiv yolunu müəyyən edirlər.
İstifadəçi-Yönümlü İnterfeys
İntuitiv dizayn sayəsində sistemdə rahat hərəkət etmək mümkündür və istifadəçi təcrübəsi texniki bilik tələb etmədən təkmilləşir
Performans
Yüksək sürət və səmərəlilik tapşırıqların tez icra olunmasını, resursların optimal şəkildə istifadəsini təmin edir və məhsuldarlığı artırır.
Genişlənmə potensialı
Sistemin genişlənmə potensialı artan tələblərə və dəyişən biznes ehtiyaclarına problemsiz uyğunlaşmasını təmin edir. Bu, uzunmüddətli inkişaf və davamlı uğur üçün əsas şərtdir.
Fərdiləşdirmə
Biz müştəriyə uyğun yüksək səviyyəli dizayn dəyişikliklərindən tutmuş kod səviyyəsində funksionallıq genişləndirmələrinə və xüsusi inteqrasiyalara qədər müxtəlif növ fərdiləşdirmələr həyata keçiririk.
24/7 Müştəri Dəstəyi
Günün 24 saatı, həftənin 7 günü təqdim etdiyimiz dəstək sayəsində problemlər sürətlə həll olunur və biznes prosesləriniz fasiləsiz şəkildə davam edir.
Bilik və Bacarıqlarımız
- Konsaltinq və Implementasiya
- İrəli Səviyyə Fərdiləşdirmə
- Miqrasiya və Yenilənmə
- Vebsayt Dizaynı və İnkişafı
- Sistem İnteqrasiyaları
- Bulud və Lokal Server İnfrastrukturunun İdarəedilməsi
- Buluda Miqrasiya və Optimallaşdırma
- Tətbiqlərin Monitorinqi və İnsidentlərin İdarəolunması
- CI/CD Həllərinin Tətbiqi və İdarəedilməsi
- Docker/Kubernetes İnfrastrukturunun İdarəedilməsi
- Front-End Proqramlaşdırma
- QA Testləri
Vaxtınıza qənaət edən
səmərəli Hələr!
* Maliyyə və Mühasibatlıq
* İnsan Resursları (HR)
* eTicarət
* Müştəri Münasibətlərinin İdarəedilməsi
(CRM)
* Anbar
& Təchizat Zənciri
* Marketinq
* Vebsayt
* Satış
Artıq nə etdiyimizi bilirsiniz;
gəlin, bunu necə etdiyimizi görək -
3 addımda!
1.
dinləyirik
Çətinlikləri deyirsiniz,
biz də onları
dəqiq və aydın şəkildə dəyərləndiririk.
2.
inşa edirik
Artıq funksiyalar yox.
Sizə lazım olan hər şey,
iş tərzinizə uyğun qurulur.
3.
işə salırıq
Siz bu prosesdə tək deyilsiniz
hər mərhələdə yanınızdayıq.
xoşbəxt
Müştərilərimiz
Sürət önəmlidir - və ERPGo ən azı 8 dəfə daha sürətli işlədiyi üçün tərəfdaşlarımız yüksək performanslı sistemlərdən və çevik DevOps əməliyyatlarından faydalanır. Biz sadəcə proqram təminatı qurmuruq - biznesləri sürətləndiririk.
Suallarınıza Cavablar
Bunun tək bir cavabı yoxdur. Lakin “etibarlı” seçim funksionallığın mərhələli genişlənməsinə imkan verən, yerli mühasibat və vergi tələblərini dəstəkləyən, istifadəsi rahat interfeysə malik olan və texniki dəstək və ya implementasiya tərəfdaşları mövcud olan bir həll sayılır.
O, onlayn satış, mühasibatlıq, maliyyə xidmətləri, e-ticarət, marketinq və logistika da daxil olmaqla bütün ‘biznes həllərini’ əhatə edir.
Sizin ehtiyaclarınıza əsaslanaraq xüsusi modullar və ya funksiyalar hazırlamaqda kömək edirik. Həmçinin proqramın məqsədə tam uyğun olmasını və istifadəçi tələblərini qarşılamasını təmin edirik.
İlk olaraq layihənin həcmini, biznesə təsirini, qəbul edilən dayanma müddətini (həftəsonu, gecə saatları) və geri dönüş (rollback) planını müəyyənləşdiririk. İstehsal mühitinə keçməzdən əvvəl isə bütün testləri sınaq (stage) mühitində təmin edirik.
Əslində bu, sizin iş axınınızdan asılıdır, amma ERPGo-dan yaxşı bir xəbər var:
‘limitsiz istifadəçi ilə bir tətbiq’ tamamilə pulsuzdur - həmişəlik.