ERP Nədir?
Şirkət İdarəetmə Sistemi
ERP-nin ən sadə açıqlaması nədir?
Bir şirkəti idarə etmək üçün lazımlı bütün bünövrə prosesləri düşünün: Mühasibatlıq (Maliyyə), İnsan Resursları (HR), Xidmətlər, Təchizat və başqaları. Ən sadə dildə desək, ERP bütün bu prosesləri vahid bir sistem altında birləşdirir. Ancaq yeni ERP sistemləri sadə həllərdən başqa biznesin hər bir sahəsində görsəllik, analitika, ağıllı həllər və məhsuldarlıq təklif edirlər. ERP sistemləri müasir texnologiyadan istifadə edərək isti məlumatları departamentlər və bütün şirkət ekosistemi üzrə emal edir, beləliklə də biznesdə real məlumatlara əsasən düzgün qərarlar verilir və məhsuldarlıq artır – biznes yaşayır.
ERP-nin üstünlükləri
ERP eyni verilənlər bazasını(database) paylaşan bir biri ilə inteqrasiya olunmuş və aralarında danışa bilən Qurumsal Resurs Planlama tətbiqlərindən/modullardan ibarətdir. Bu o deməkdir ki, düzgün dizayn olunmuş ERP ilə siz şöbələr arasında məlumat dağınıqlığının qarşısını alaraq istədiyiniz hər bir kəsə istədiyiniz hüququ sadəcə bir mənbədən verə bilərsiniz. Sizin ERP sisteminiz biznesinizin ana proseslərini avtomatlaşdıra bilər və sizə prosesləri düzgün tənzimləməkdə, riskləri azaltmaqda, sürətli şəkildə hesabatlar hazırlamaqda və daha nələrdə köməklik edə bilər.
ERP sisteminə nümunələr
Bir çox ERP sistemləri adətən Mühasibatlıq, İR (HR), Satış/CRM və tələb-təklif idarə etməsini özündə cəmləşdirir. Yalnız siz başqa modulları da öz biznes ehtiyaclarınıza uyğun sizteminizə qoşa bilərsiniz. Misal üçün, siz əlavə ERP komponent olaraq e-kommersiya, anbar və sifariş və s. modullarını da əlavə edə bilərsiniz. Yaxud da istehsalatçılıq, topdan satış kimi böyük həcmli sənayələr üçün tətbiqetmələri daxil edə bilərsiniz.
SaaS - Ödəyin və istifadə edin
SaaS (Software as a Service)
Bir çox müasir ERP istehsalçıları son məhsullarını Bulud(Cloud) texnologiyasına əsaslanaraq SaaS(Software as a Service) olaraq təklif edirlər.
SaaS nədir? Sadə dillə desək siz heç bir avadanlıq və əməliyyat sistemi görmürsüz. Sadəcə sevdiyiniz veb brauzer vasitəsi ilə sistemə daxil olaraq öz biznes proseslerinizi sıfırdan qurursunuz. Böyük şirkətlər üçün uyğun bir həll yolu olmaya bilər, çünki sizə daha az dinamiklik söz verir. Amma kiçik həcmli şirkətlər və ya startup-lar üçün ideal həll yoludur. Sizə bir çox sahədə vaxt qazandıra bilər.
IaaS – Bulud
IaaS (Infrastructure as a Service)
IaaS nədir? Yenə də sisteminiz Cloud-da işləyir, lakin bu dəfə əməliyyat sisteminizin və ERP sisteminizin təhlükəsizliyinə siz cavabdehsiniz. Bu, hər hansı ölçülü şirkət üçün ideal seçimdir. SaaS-dan daha çox bilik tələb etsə də, dinamiklik və dayanıqlılıq sizə genişlənmə imkanı verir.
"Yerində" - Öz avadanlığınızla
ERP sisteminiz sizin datacenter-nizdə də qurula bilər. Bu üsula On-Premise - “Yerində” adı verilir hansı ki, daha çox kritik müəssisələr, misalçün dövlət qurumları və ya Bank sistemləri istifadə edə bilər. Bu üsulda artıq siz həm avadanlıq, həm əməliyyat sistemi həm də sisteminizin təhlükəsizliyindən özünüz cavabdeh olursuz.