Məzmuna keçin
Sold Out

Odoo ilə Azərbaycan Mühasibatlığı

Odoo + ERPGO: Azərbaycanda daha məhsuldar bizneslər üçün

Kalendarınıza əlavə edin:

Odoo ilə Azərbaycan Mühasibatlığı

Caspian Plaza

23 İyul 2025 | 19:00 - 21:00  

Mühasibatlıqda innovasiyaları izləmək və daha effektiv iş mühiti yaratmaq üçün mühasiblərimiz üçün nəzərdə tutulan bu tədbirdə Odoo platforması haqqında geniş məlumat alacaqsınız. Məqsədimiz mühasibatlıq proseslərinizi avtomatlaşdıraraq daha məhsuldar və rahat bir iş mühiti yaratmaqdır.

TƏLİMÇİLƏR

CÜMŞÜD SULTANOV

Maliyyə xidmətləri və idarəetmə vəzifələrində 15 il təcrübəyə malik CMA Sertifikatlı ekspert. Ələcə də texnologiya sənayesində, əsasən ERP həlləri üzərində cəmlənmiş təcrübəyə malikdir.

RƏMZİYYƏ ABDUNOVA

Vergi məsləhəti sahəsində baş məsləhətçi olaraq, müxtəlif müştəri portfellərinə ekspert dəstəyi verir, vergi qanunvericiliyinin yeniliklərinə uyğun həllər təklif edir. Beynəlxalq maliyyə hesabatı və vergi sahəsində peşəkar sertifikatlara malikdir.

Tədbir Detalları

  • Tarix: 23 İyul 2025
  • Vaxt: 19:00
  • Yer: Caspian Plaza, LTC 18-ci mərtəbə (Marie Curie Meeting Room)
  • İştirak haqqı: Ödənişsiz

Tədbirdə Nələr Öyrənəcəksiniz?

  • Odoo ERP-nin mühasibatlıq üçün əsas imkanları və üstünlükləri
  • Odoo üçün yaradılmış lokalizasiyalar:
    • E-taxes ilə inteqrasiya
    • Sənədlərin Asan imza ilə imzalanması
    • Bank ilə inteqrasiya
    • Maaş hesablanması
  • Mühasibatlıq hesabatlarının daha səmərəli idarə olunması və izlənməsi

Bu Tədbir Kimlər üçün Uyğundur?

Bu tədbir mühasibatlıq sahəsində çalışan mütəxəssislər, mühasiblər və maliyyə menecerləri üçün xüsusi hazırlanıb. Əgər iş proseslərinizi daha səmərəli və asan idarə etmək istəyirsinizsə, siz də bu tədbirdə iştirak etməlisiniz.  

ERPGO Haqqında

ERPGO olaraq şirkətlərin ERP həlləri ilə iş proseslərini modernləşdirməyi və avtomatlaşdırmağı hədəfləyirik. Biz, mühasibatlıq və digər sahələr üçün Odoo platforması ilə müxtəlif həllər təklif edirik. Mühasiblər üçün xüsusi hazırlanmış bu tədbirdə mütəxəssislərimiz tərəfindən dəyərli məlumatlar təqdim ediləcəkdir.