Odoo ilə Tikinti Şirkətləri üçün ERP həlli
Tikinti layihələrinizi başlanğıcdan təhvilədək tam nəzarətdə saxlayın.
Layihə tapşırıqları, materiallar, satınalma və maliyyə prosesləri bir ERP sistemi üzərindən idarə olunur. Anbar və material axınını barkod generasiyası ilə sürətləndirin, xərcləri dəqiq hesablayın və gecikmələrin qarşısını alın.
Ödənişsiz Demo
Real bizneslər, real nəticələr
Tikinti
Şirkəti
Tikinti layihələrini mərhələlərə bölün, briqadaların iş qrafikini planlayın və icranı real vaxtda izləyin. Layihənin rentabelliyini gecikmədən görün və qərarları faktlara əsaslanaraq verin.
Tikinti materialları və Təchizat
Satınalmanı müqavilələr əsasında planlayın, anbar qalığını barkod sistemi ilə dəqiq idarə edin. Materialları partiya və seriya üzrə izləyin, itkiləri azaldın və tikinti sahələrinə vaxtında çatdırılmanı təmin edin.
Layihə Satışı və Müqavilələr
(CRM)
Potensial müştəridən imzalanmış müqaviləyədək bütün satış prosesini idarə edin. Təkliflər, büdcələr, mərhələlər və proqnozlar -hamısı vahid CRM sistemində. Satış komandanız üçün tam şəffaflıq yaradın.
Servis, Zəmanət və Texniki Xidmət
Layihə təhvil verildikdən sonra zəmanət və texniki müraciətləri Helpdesk ilə qəbul edin. Field Service vasitəsilə işləri yerində icra edin, servis tarixçəsini saxlayın və müştəri məmnuniyyətini standartlaşdırın.
ERPGO ilə Odoo Tikinti Ekosistemi
ERPGo tikinti biznesinizi Odoo ekosisteminin bütün imkanlarına necə bağlayır
Vahid Layihə mərkəzi
Layihə
Tapşırıqları, mərhələləri, sənədləri və daxili yazışmaları bir layihə üzərindən idarə edin.
Planlaşdırma
Briqadaların növbələrini, resurs yüklənməsini və sahə işlərinin qrafikini əvvəlcədən planlayın. Gecikmələrin qarşısını vaxtında alın.
Timesheetlər
İş vaxtını saat və ya gün üzrə qeyd edin, layihə üzrə faktiki maya dəyərini avtomatik hesablayın və rentabelliyi dəqiq ölçün.
Materiallar & Təchizat
Satınalma
Təchizatçı sifarişlərini avtomatlaşdırın, satınalma razılaşmalarını idarə edin və təsdiq axınlarını standartlaşdırın.
Barkod & Anbar
Anbar əməliyyatlarını barkod skanı ilə sürətləndirin: qəbul, köçürmə, çıxış və inventar.
Keyfiyyətə nəzarət
Qəbul yoxlamalarını aparın, keyfiyyət nəzarət nöqtələrini təyin edin və uyğunsuzluqları sistem üzərindən izləyin.
Xərclər & maliyyə
Fakturalar
Layihələr üzrə vaxt + material, avans ödənişləri və mərhələli fakturalandırmanı idarə edin.
Mühasibatlıq
Bank sinxronizasiyası, avtomatik uzlaşdırma və layihə əsaslı analitika ilə maliyyəni real vaxtda izləyin.
Sənədlər
Müqavilələri, aktları, material və maliyyə sənədlərini layihə ilə əlaqələndirin.
Satış sonrası dəstək
Müştəri portalı
Müştərilər layihə statusunu, sənədləri və fakturaları vahid müştəri portalı üzərindən izləsin.
Görüşlər
Görüşləri gecikmədən, koordinasiyalı və sistemli şəkildə həyata keçirin.

