Skip to Content

ERP Konsultantı

Bakı, Azərbaycan

Biz innovativ həllərin təqdim olunmasına fokuslanmış ERP konsaltinq şirkətiyik. Dinamik komandamıza qoşul və sürətli öyrənmə mühitində maraqlı layihələrə töhfə ver.


ERP Konsultantı olaraq, müştərilərlə işləyəcək, ERP sistemlərinin tətbiqini dəstəkləyəcək və sistemdən istifadənin artırılmasına töhfə verəcəksən. Bu rol yaradıcılıq, problem həll etmə bacarığı və təşəbbüskar yanaşma tələb edir. 


Əsas vəzifələr:


  • Müştərilərə ERP sistemindən istifadə ilə bağlı texniki və funksional dəstəyin göstərilməsi
  • Sistem nasazlıqlarının ilkin diaqnostikası və həlli, müraciətlərin izlənməsi və eskalasiyası
  • ERP sistemlərinin qurulması, konfiqurasiyası və test olunmasında iştirak
  • İstifadəçi təlimlərinin təşkili və sadə təlimatların hazırlanması
  • Məlumatların daxil edilməsi, hesabatların hazırlanması və sənədləşmənin aparılması
  • Müştəri tələblərinin toplanması və uyğun sistem həllərinin təklif olunmasında dəstək

Vəzifə

  • ERP sistemlərinin qurulması və konfiqurasiyası
  • İstifadəçilərə texniki və funksional dəstək
  • Təlimlərdə baş konsultanta dəstək
  • Məlumatların miqrasiyası

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya əlaqəli sahədə ali təhsil
  • Orta səviyyədə ingilis dili
  • Analitik təfəkkür və problem həll etmə bacarığı üstünlükdür.

Əlavə üstünlük

  • ERP və ya digər biznes proqramlarında təcrübə
  • Microsoft Excel-də orta və ya yüksək səviyyəli bacarıq
  • Python, XML və ya JavaScript bilikləri

Bu vəzifədə səni nə gözləyir?


  • Ağıllı, dinamik və dəstəkçi komanda ilə əməkdaşlıq imkanı
  • Müxtəlif biznes sahələrini əhatə edən real layihələrdə iştirak
  • Təklif və təşəbbüslərinizə açıq çevik iş mühiti
  • Öz bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün mentorluq və öyrənmə mühiti
  • İstifadəçilərə real fayda verən sistem və həllərin hazırlanmasında iştirak
  • Sərt strukturlar və faydasız prosedurlar olmadan effektiv iş prosesi
  • Karyera inkişafı və məsuliyyətləri artırmaq üçün aydın yol xəritəsi