Azərbaycan - Avans Ödənişlərini İdarə et
Avans Ödənişləri Modulu avans ödənişlərinin idarə olunmasını sadə və effektiv edən ixtisaslaşmış həll. Modulun əsas imkanları:
• Müştərilərdən alınan avansların izlənməsi
• Təchizatçılara edilən avansların idarə olunması
• Faktura və hesablar üzrə avansların avtomatik ayrılması
• Hər bir tərəfdaş üzrə ümumi avansların real vaxtda izlənməsi
• Müştəri və təchizatçılar üçün xüsusi avans hesabları
• Odoo-nun mühasibatlıq sistemi ilə tam inteqrasiya
• Azərbaycan mühasibat uçotu standartlarına tam uyğunluq
Avans ödənişləri ilə tez-tez işləyən müəssisələr üçün ideal həlldir – bütün əməliyyatların dəqiq qeydiyyatını və düzgün uçotunu təmin edir.
DİQQƏT: Bu modul tələb edir ki, "Azərbaycan – Mühasibat lokalizasiya paketi" modulu sistemdə öncədən quraşdırlmış olsun.